Bank Of Baku

Metro vaqonlarında qurulmuş müşahidə kameralarının hərəkət halında testləri müsbət nəticələnib

Metro vaqonlarında qurulmuş müşahidə kameralarının hərəkət halında testləri müsbət nəticələnib
# 26 may 2011 12:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bakı Metropoliteninin vaqonlarında qurulmuş müşahidə kameralarının hərəkət halında testləri müsbət nəticələnib. Bu barədə APA-ya Bakı Metropolitenindən məlumat verilib.

Vaqonların hərəkəti zamanı görüntülər müxtəlif məsafələrdən real vaxt rejimində mərkəzə ötürülüb. Bu zaman proqramda kiçik qüsurlar istisna olmaqla heç bir problem yaranmayıb. Hazırda ötürücü sistemin təkmilləşdirilməsi prosesi həyata keçirilir.

Metro vaqonlarında kameraların qurulmasına bu ilin əvvəlindən başlanıb. Bakı Metropoliteni hərəkət zamanı vaqonlarda videomüşahidə həyata keçirilən dünyanın ilk metrosudur. Buna qədər dünyanın müxtəlif ölkələrində kiçik – 1-2 km məsafədə hərəkət edən qatarlarda anoloji sistemi qurmaq mümkün olub.

Qeyd edək ki, metroda müşahidə sistemi Türkiyənin “Ekin Teshnology” şirkəti tərəfindən qurulub. Adıçəkilən şirkət Bakı şəhərinin Nəzarət və İzləmə Sisteminin yaradılmasında iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR