Bank Of Baku

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə, ümumi müsahibə və müsahibə elan edilib

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə, ümumi müsahibə və müsahibə elan edilib
# 26 may 2011 15:58 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya mayın 26-dan 72 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 442 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə), ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) və müsahibə (yerli icra hakimiyyəti orqanları üzrə) elan edib. Bu barədə APA-ya komissiyanın mətbuat xidmətindən bildirilib. Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 314-ü mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarında, 91-i isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.
Ümumin müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 29-u mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 3-ü apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.
Müsahibəyə çıxarılan 5 vakant dövlət qulluğu vəzifəsi isə yerli icra hakimiyyəti orqanlarının aparatlarındadır.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.
Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytından yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR