Bank Of Baku

Göytəpə qədim yaşayış yerində aparılacaq arxeoloji qazıntılarda Yaponiya mütəxəssisləri də iştirak edəcək – FOTO

Göytəpə qədim yaşayış yerində aparılacaq arxeoloji qazıntılarda Yaponiya mütəxəssisləri də iştirak edəcək – <font color=red>FOTO </font>
# 26 may 2011 16:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Cənubi Qafqazda oturaq həyat tərzini əks etdirən qədim əkinçilik mədəniyyətinə aid olan (b.e. ə. VII minilliyə) Göytəpə qədim yaşayış yerində (Tovuz rayonu) arxeoloji qazıntı işləri davam etdiriləcək. Bu barədə APA-ya Tovuz beynəlxalq arxeoloji ekspedisiyasının rəhbəri Fərhad Quliyev məlumat verib. O, qazıntı işlərinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun erkən sivilizasiyaların öyrənilməsi ilə məşğul olan mütəxəssislərdən ibarət ekspedisiyasının gələn aydan etibarən, Yaponiyanın Tokio Universitetinin arxeoloqları ilə birlikdə davam etdiriləcəyini söyləyib.
F. Quliyevin sözlərinə görə, bu ildən etibarən arxeoloji abidədə qazıntılar konservasiya işləri ilə paralel aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR