Bank Of Baku

“Adət-ənənələrimiz və müasirlik baxımından bir dəyər olaraq ailə” mövzusunda konfrans keçirilir

“Adət-ənənələrimiz və müasirlik baxımından bir dəyər olaraq ailə” mövzusunda konfrans keçirilir
# 27 may 2011 09:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Atatürk Mədəniyyət Mərkəzində “Adət-ənənələrimiz və müasirlik baxımından bir dəyər olaraq ailə” mövzusunda konfrans keçirilir. APA-nın məlumatına görə, konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosyologiya və Hüquq İnstitutu və “Dialoq-Avrasiya Platformu”nun Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub.

Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyinə həsr olunan tədbirdə çıxış edən millət vəkili Nizami Cəfərov Azərbaycanda ailə mədəniyyətindən, ailəyə olan münasibətdən və qarşıda duran əsas məsuliyyətlərdən danışıb. O bildirib ki, insan 4 şey qarşısında məsuliyyət daşıyır: “İlk əvvəl insan özünün, ikinci növbədə isə ailəsinin qarşısında məsuliyyət daşıyır. Eləcə də bu məsuliyyəti mühit və dövlət qarşısında da daşımalıyıq. Sözsüz ki, türk ailələrinin möhkəmliyi, sağlam sütunlar üzərində qurulması hər zaman danışılır. Hər bir ailənin xoşbəxt, sağlam qurulması da çox vacibdir və bunun üçün düzgün qərarlar vermək lazımdır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, Azərbaycan Şahmat Federasiyasının sabiq prezidenti Aynur Sofiyeva komitə sədri adından çıxış edib və süni təsirlərin Azərbaycan ailələrində də özünü göstərdiyini deyib.

İki hissəli konfransın birinci hissəsi “Tarixdən bu günə adət-ənənələrdə və müasir dövrdə ailə anlayışı”, ikinci hissəsi isə “Sosial baxımdan ailə” adı altında keçirilir. Konfrans öz işini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR