Bank Of Baku

“Eurovision-2011”in qalibi Eldar Qasımovun ali məktəbə daxil olarkən topladığı imtahan balı açıqlanıb

“Eurovision-2011”in qalibi Eldar Qasımovun ali məktəbə daxil olarkən topladığı imtahan balı açıqlanıb
# 27 may 2011 09:12 (UTC +04:00)
APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib ki, adətən TQDK ayır-ayrı şəxslərin imtahan nəticələrini bu şəkildə açıqlamır, lakin E. Qasımov ictimai şəxs olduğundan onun nəticələrini açıqlamaq mümkündür.
M. Abbaszadə bildirib ki, E. Qasımov Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər fakültəsinə 556 bal, magistraturaya isə 99 balla qəbul olub: “Bu onu göstərir ki, onun qabiliyyəti də, intellekti də var. Fikrimcə, xüsusi qabiliyyət tələb edən imtahanlara gələn insanlar yüksək nəticə göstərməlidir. Təəssüf ki, ali məktəb rəhbərləri bununla razı deyillər. Onlar hesab edirlər ki, xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər test imtahanlarında aşağı nəticə də göstərə bilər, onların qabiliyyəti daha üstün olmalıdır. Lakin yalnız səsi olan insan öz üzərində işləməsə, savadı olmasa, uzaqbaşı Azərbaycanda toylara gedə bilər. Amma Azərbaycanı beynəlxalq arenada lazımınca təmsil edə bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR