Bank Of Baku

2011-2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə ixtisas seçimi iyulun 24-dən avqustun 2-dək aparılacaq

2011-2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə ixtisas seçimi iyulun 24-dən avqustun 2-dək aparılacaq
# 27 may 2011 10:40 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2011-2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK ) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, müsabiqəyə I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə isə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılacaqlar. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti qoyulmayacaq.

M. Abbaszadə qeyd edib ki, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçmək üçün qoyulan tələblər qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra müəyyənləşəcək. İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin eyni ixtisas qrupuna aid olan 15-ə qədər ixtisas kodunu qeyd edə biləcək.

TQDK sədrinin sözlərinə görə, Azərbaycan Diplomatik Akademiyasının “Beynəlxalq münasibətlər” və “Biznesin idarə edilməsi” ixtisaslarını yalnız ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini qeyd edən və ümumi balı 400-dən az olmayan abituriyentlər seçə bilərlər. Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarını seçmək üçün abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayacaq. Bakı İslam Universitetinin ixtisaslarını ümumi balı 150-dən az olmayan və iyulun 7-dən 13-dək bu təhsil müəssisəsində yaradılan dini-psixoloji komissiyadan uğurla keçən abituriyentlər seçə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR