Bank Of Baku

Azərbaycanda meşə ilə örtülü ərazilər artıb

Azərbaycanda meşə ilə örtülü ərazilər artıb
# 27 may 2011 11:24 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Azərbaycanda meşə ilə örtülü ərazilər 0,4 faiz artaraq 14,8 faizə çatıb. APA-nın məlumatına görə, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov YAP qərargahında keçirdiyi mətbuat konfransında bildirib ki, bu əsasən təbii bərpaya dəstəyin artması və hasarlama prosesləri ilə bağlıdır: “Hasarlamalar bəzən kənd əhalisinin xoşuna gəlmir. İnsanlar mal-qaranı meşə ərazilərinə salmağa öyrəşmişdilər. Amma görülən tədbirin nəticələri müsbət oldu. Hasarlanan ərazilərdə qısa müddət ərzində meşələr bərpa olundu”.

Meşə qırıntılarının qarşısının alınması üçün görülən işlərdən danışan nazir bu halların da azaldığını söyləyib: “Ekoloji hüquqpozmalarla əlaqədar hüquq-mühafizə orqanlarına göndərilən işlərin 30 faizi meşə qırıntıları ilə bağlıdır”.

H. Bağırov meşəsalma məqsədilə son 2-3 il ərzində kollektivlərə 5 milyondan çox ağac paylandığını bildirib: “Meşə salmaq üçün lazım olan ağacların 90-95 faizini özümüz yetişdiririk. Bu, çox ucuz başa gəlir”. O, Abşeron yarımadasında son 3 il yarımda 13 milyon ədəddən çox ağac əkildiyini açıqlayıb.

Biomüxtəlifliyin qorunması sahəsində görülən işlərə də toxunan nazir bəyan edib ki, mühafizə olunan ərazilər 2 dəfə yarımadək artıb: “Hazırda “Şahdağ” milli parkının yaradılması işləri sürətlə davam etdirilir. “Şahdağ” milli parkında 6 qapının inşası və orada inzibati binaların tikintisinə hazırlıq işləri aparılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR