Bank Of Baku

Yaşayış binalarının tüstü bacaları sakinlərin hesabına təmizlənəcək

Yaşayış binalarının tüstü bacaları sakinlərin hesabına təmizlənəcək
# 27 may 2011 11:37 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda yaşayış binalarının tüstü bacaları mülkiyyətçilərin və ya həmin mülkdə yaşayan şəxslərin vəsaiti hesabına təmizlənməlidir.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyinin (İB) qaz təsərrüfatının istismarı şöbəsini rəisi Vaqif Namazov bildirib: «Bacaların təmizlənməsinin məsuliyyəti birbaşa onların üzərindədir».

Şöbə rəisinin sözlərinə görə, bu işi həyata keçirmək çətin deyil: «Bakıda və ölkənin digər ərazilərində tüstü bacalarının təmizlənməsi ilə bağlı könüllü cəmiyyət var. Bu təşkilat tərəfindən tüstü bacaları ödənişli şəkildə təmizlənir».

V.Namazov bildirib ki, qış mövsümü ərəfəsində bütün binalar bacalarının təmizliyinə görə yoxlanılacaq: «Qaz cihazlarının istifadəsinə başlanmazdan əvvəl Mənzil İstismar Sahələrindən arayış təqdim edilməlidir ki, mənzillərin tüstü bacaları və nəfəsliklər təmizlənib. Lazım gələrsə «Azəriqaz» nümayəndələri bacaların təmizlənib-təmizlənmədiyini dəqiqləşdirəcəklər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR