Bank Of Baku

Şamaxı və Bakıda Sabir Poeziya Günləri keçiriləcək

Şamaxı və Bakıda Sabir Poeziya Günləri keçiriləcək
# 27 may 2011 12:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyi mayın 30-31-də Azərbaycan Yazıçılar Birliyi ilə birlikdə ənənəvi Sabir Poeziya Günlərini keçirəcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan prezidentinin “Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyinin keçirilməsi haqqında” 1 iyun 2010-cu il tarixli Sərəncamına uyğun olaraq düzənlənən tədbirin mayın 30-da şairin Şamaxı şəhərindəki ev-muzeyində, mayın 31-də isə Bakıda M.F.Axundzadə adına Milli Kitabxanada keçirilməsi nəzərdə tutulub. Tədbirlərdə tanınmış qələm adamları, mətbuat nümayəndələri, böyük satirikin ailə üzvləri və həmyerliləri iştirak edəcək.

Yubileylə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən üzərinə “Sabir Poeziya Günləri – 2011” yazılmış afişa, qələm, döş nişanı, bloknot və kağız çanta hazırlanıb.
Qeyd edək ki, Sabir Poeziya Günləri 1962-ci ildən mütəmadi olaraq keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR