Bank Of Baku

Abel Məhərrəmov: “Bakı Dövlət Universitetində prorektorların işdən azad olunması kadr islahatları ilə bağlıdır”

Abel Məhərrəmov: “Bakı Dövlət Universitetində prorektorların işdən azad olunması kadr islahatları ilə bağlıdır”
# 27 may 2011 12:48 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov bildirib: “Bundan narahat olmaq lazım deyil. Əksər prorektorlar bir vəzifədən digərinə keçirilib və onlar işsiz qalmayacaq. Vəzifəsindən azad olunmuş sabiq prorektorlardan bəziləri kafedra müdiri vəzifəsinə təyin edilib. Bəzilərinin də gələcəkdə başqa vəzifələrə təyinatı gözlənilir”.
BDU rektorunun sözlərinə görə, prorektorların dəyişdirilməsi reallığın tələbidir: «Məsələn, beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsinə bir neçə xarici dil bilən, bizi xaricdə daha yaxşı təmsil edən şəxs lazımdır. Bütün bu düşüncələr çərçivəsindən çıxış edərək bu islahatlar həyata keçirilir. Onları heç kim işdən çıxarmayıb. Sadəcə, öz ərizələri ilə bir vəzifədən başqa vəzifəyə keçiriliblər. Bütün bunlar səmimi mühitdə gerçəkləşib. İslahatlarda başqa mövzu axtarmaq düzgün deyil. Əvvəllər də eyni tipli islahatlar keçirilib. Aparılan islahatlarda əsas üstünlük gənclərə verilib».
A.Məhərrəmov yaş senzinin tətbiqinin vacib olduğunu deyib: “Bu gün 65 yaşda professorun yerini tutan kadr hazırlığına çətinlik çəkmişik. Bu 80-ci illərin sonunda hazırlanmalı idi. BDU-dakı 130 professorun 50 faizini bu ixtisar prosesi gözləyir”.
Rektor onu da deyib ki, bu gün BDU-da 15 fakültədən 8-də (hüquq, beynəlxalq hüquq, filologiya, fizika, kimya, sosial elmlər və psixologiya və riyaziyyat fakültələrinin) dekan təyinatı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR