Bank Of Baku

Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş şəxslərin məzarlarının birinci Fəxri Xiyabandan götürülməsi ilə əlaqədar iş aparılır

Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş şəxslərin məzarlarının birinci Fəxri Xiyabandan götürülməsi ilə əlaqədar iş aparılır
# 27 may 2011 12:48 (UTC +04:00)
QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 30-da QAT-ın Milli Məclisə göndərdiyi məktuba Bakı şəhər İcra Hakimiyyətindən cavab gəlib.

Məktubda bildirilir ki, 1918-1920-ci illərdə Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş bəzi şəxslərin məzarlarının birinci Fəxri Xiyabandan götürülməsi ilə əlaqədar Milli Məclisdən Bakı şəhər İcra Hakimiyyətinə daxil olan məktubla bağlı iş aparılır: “Həmin məktuba cavab olaraq qaldırılan məsələ dövlət səviyyəsində həll edilir”.

Qeyd edək ki, QAT-ın məktubunda Fəxri Xiyabanda 20-yə qədər məzarın üzərində “müsavatçılar tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir”, “əksinqilabçılar tərəfindən vəhşicəsinə öldürülmüşdür”, “Müsavat qatillərinin əli ilə öldürülmüşdür” kimi təhqiramiz ifadələr yazıldığı göstərilir və bu məzarların orada qalmasının yolverilməz olduğu bildirilir.

QAT aldığı cavabı müsbət qiymətləndirib: “Ümid edirik ki, həmin məzarlar tezliklə oradan çıxarılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR