Bank Of Baku

Güclü yağış Qubada bir sıra problemlər yaradıb

Güclü yağış Qubada bir sıra  problemlər yaradıb
# 27 may 2011 13:23 (UTC +04:00)
Quba. Zaur Quliyev - APA. Bu gün günorta saat 15.00-dan başlayaraq Quba rayonuna yağan güclü leysan yağışları bir sıra problemlər yaradıb. APA-nın şimal bürosunun xəbərinə görə, yarım saatdan artıq davam edən güclü leysan bir çox təsərrüfat sahələrinə, yaşayış evlərinə ciddi zərər vurub. Ərazidə olan sürüşmə zonalarının yenidən aktivləşmə ehtimalı artıb. Leysan Quba şəhərində də müəyyən problemlər yaradıb. Şəhərdə kanalizasiya sisteminin normal işləməməsi, su arxlarının olmaması səbəbindən yağış suları səkilərdə və yollarda hərəkəti çətinləşdirib.
Quba Regional Hidrometeorologiya Mərkəzindən APA-ya verilən məlumata görə bu cür hava şəraiti mayın 28-dək davam edəcək. Bu müddət ərzində rayonun dağ çaylarında sululuğun səviyyəsi də artacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR