Bank Of Baku

TQDK mayın 29-da növbəti sınaq imtahanı keçirəcək

TQDK mayın 29-da növbəti sınaq imtahanı keçirəcək
# 27 may 2011 13:38 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 29-da abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçirəcək. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sınaq imtahanları Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Qazax, Ağstafa, Qobustan, Göygöl, Samux, Şəki, Oğuz, Kürdəmir, İmişli, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Quba, Şabran və Siyəzəndə, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 44 binada olacaq.
İmtahanda iştirak etmək üçün 31842 abituriyent qeydiyyatdan keçib.
Növbəti – sonuncu sınaq imtahanı iyunun 5-də keçiriləcək. Hazırda həmin imtahana yazılış davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR