Gəncədə regionların inkişafı ilə bağlı elmi-praktiki konfrans keçirilib
Nazirlikdən “APA-Economics”ə verilən məlumatına görə, konfransda müvafiq dövlət qurumlarının, Gəncə-Qazax regionu üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi-tədris müəssisələrinin məsul şəxsləri və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Konfransda çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov regionların sosial-iqtisadi inkişafının Azərbaycan iqtisadiyyatı üçün prioritet olduğunu bildirərək qeyd edib ki, ölkə regionlarının sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və digər dövlət proqramlarının uğurlu icrası nəticəsində qeyri-neft sektoru daha da inkişaf edib, ölkə iqtisadiyyatına investisiya qoyuluşu artıb, sahibkarlıq fəaliyyəti genişlənib, regionlarda yeni iş yerləri və müəssisələr yaradılıb. Kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər də regionların iqtisadi mənzərəsinin dəyişməsində əhəmiyyətli rol oynayır. Ötən il 73 mindən çox yeni iş yeri açılıb ki, bunun da 53 mini daimidir. Ümumilikdə isə son 7 ildə ölkədə 1 mln.-a yaxın iş yeri açılıb ki, bu da məşğulluğun təmin edilməsində əsas amil kimi çıxış edir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında son illər regionların sürətlə inkişaf etdiyini, dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində rayonlarda yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini, məşğulluğun səviyyəsinin artdığını bildirib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, İİN-in Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov, Xarici Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov və İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Cəmaləddin Quliyev ölkə rəhbərliyi tərəfindən aparılan məqsədyönlü və düşünülmüş iqtisadi siyasət nəticəsində regionların investisiya potensialının artdığını, sahibkarlığın inkişafına kompleks dövlət dəstəyi tədbirlərinin genişləndiyini, dövlət proqramlarının uğurla icra olunduğunu, regionlarda infrastruktur, sosial-mədəni, istehsal və emal obyektlərinin yaradıldığını, regionların inkişafında sahibkarlığın rolunun artdığını vurğulayıblar.
Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti Arif Həşimov, İİN-in İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Mirdamət Sadıqov, AMEA-nın Gəncə bölməsinin müdiri Fuad Əliyev, Dövlət İdarəçilik Akademiyasının “Geostrateji Araşdırmalar Mərkəzi”nin müdiri Əli Nuriyev ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi üçün elmi araşdırmaların zəruriliyini qeyd edib, bu sahədə həyata keçirilən tədqiqat işləri barədə məlumat veriblər.
Sosial
“AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
Şahbaz Şərif: İslamabad razılaşma memorandumunun imzalanmasında Türkiyənin rolu böyükdür
FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub - FOTO - VİDEO
Uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən biridir - RƏY
Xəbər Lenti
Stoltenberq: NATO-nun əbədi mövcud olacağına zəmanət yoxdur
Netanyahu: ABŞ ilə İran məsələsində fikir ayrılığı yoxdur
Azərbaycan Dəmiryol Muzeyində "Açıq qapı” günü - FOTO
Şəmkirdə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
Fransada meşə yanğını 1,5 min hektar ərazini əhatə edib
Messi “Qızıl top”a namizəd ola bilər
Zimbabve Milli Assambleyasının spikeri Azərbaycana rəsmi səfərə gəlib
Rusiyaya Belarusdan benzin idxalı tarixi maksimuma çatıb
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
Makron Suriyaya səfər edəcək
Avropada günəş panelləri döşənmiş dəmir yollarının tətbiqinə başlanıla bilər
Türkiyədə meşə yanğını başlayıb
Slovakiyada sabiq baş nazirlərə verilən imtiyazlarla bağlı referendum baş tutmayıb
İsmayıllıda sürücü və sərnişinin öldüyü qəzanın səbəbi məlum olub
Ukrayna Ordusu Krımda hərbi aerodroma və enerji qovşaqlarına zərbə endirib
Rusiya MN: Ukraynanın hərbi aerodromlarına və enerji infrastrukturuna zərbələr endirilib
Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olacaq
II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib - YENİLƏNİB
Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər
İran Hörmüz boğazıyla bağlı dost ölkələr üçün xüsusi şərtlər təklif edəcək
Ukrayna Belqoroda PUA zərbəsi endirib, Qrayvoron dairəsinin rəhbəri ağır yaralanıb
Sabah Bakıda hava küləkli olacaq, rayonlara arabir yağış yağacaq
İsrail BƏƏ-yə “Dəmir Günbəz” sistemi göndərdiyini rəsmən təsdiqləyib
Xamenei ilə vida mərasimi davam edir
64 yaşlı kişi Zəngilanda çayda boğulub - YENİLƏNİB-1
Zərdab sakininin su arxından meyiti tapılıb
Qubada minik avtomobili yük maşınına çırpılıb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Rusiya və Ermənistan baş nazirlərinin görüşü olacaq
“AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb, qısamüddətli leysan xarakterli olub - FAKTİKİ HAVA
Türkiyədə Qara dəniz sahilində PUA aşkarlanıb
AZAL: Bu gün Naxçıvan reyslərində gecikmələr və təxirə salınmalar nəzərdə tutulur
Tramp: ABŞ çox tezliklə Marsa pilotlu uçuş təşkil edə bilər
Xaçmazda zəlzələ olub
Venesuelada zəlzələ qurbanlarının sayı 2954-ə çatıb
Tramp fırtınaya baxmayaraq Vaşinqtondakı çıxışını ləğv etməyəcəyini açıqlayıb
İsrailin milli təhlükəsizlik naziri həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv edib
Vaşinqtonda Müstəqillik Günü tədbirinin iştirakçıları fırtına səbəbilə təxliyə edilir
Tramp Avropanın üçüncü dünya ölkəsinə çevrildiyini bildirib
DÇ-2026: Fransa 1/4 finala yüksəlib
Zelenski Trampla söhbətdən sonra müharibəyə son qoymaq üçün real perspektiv olduğunu deyib
DÇ-2026: Mərakeş 1/4 finala yüksəlib
Putin və Tramp arasında telefon danışığı olub
Netanyahu: ABŞ və İsrail birlikdə olduqda azadlıq daha da güclənir
FHN əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib - VİDEO
Axios: Tramp Zelenski ilə telefon danışığı aparıb
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4303 nəfərə çatıb
Rusiyada baş vermiş qasırğa beş yaşlı qızın ölümünə səbəb olub
Tramp: Xameneinin dəfn mərasimində oradakı hamını məhv edə bilərik, amma o zaman danışıqlar aparacaq heç kim qalmayacaq
Ələt-Astara avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib - VİDEO