Bank Of Baku

Ombudsmanın müraciətləri əsasında bu günədək 339 məhkum əfv olunub

Ombudsmanın müraciətləri əsasında bu günədək 339 məhkum əfv olunub
# 27 may 2011 14:24 (UTC +04:00)
Bakı-APA. Ombudsmanın müraciətləri əsasında bu günədək 339 məhkum əfv olunub. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova fəaliyyət dövrü ərzində özlərinin və ailə üzvlərinin müraciətlərinə əsasən, məhkumların qanun çərçivəsində əfv edilməsinin qanuniliyini araşdırmış, bəzilərinin törətdikləri hərəkətlərdən peşmançılıq çəkdiklərini, islah olunduqlarını və artıq cəmiyyət üçün ictimai təhlükə törətmədiklərini nəzərə alaraq, Ombudsman haqqında Konstitusiya Qanununun 1.4.-cü maddəsinə əsasən, ötən ilin dekabr ayında imzalanmış əvvəlki əfv sərəncamından sonra 142 məhkumun əfv olunması ilə bağlı Əfv Komissiyasına müraciətlər ünvanlayıb.
Müvəkkilin müraciətləri nəzərə alınaraq, sonuncu əfv sərəncamı ilə 13 məhkum əfv olunub. Qeyd olunub ki, fəaliyyət dövrü ərzində Ombudsmanın vəsatətləri üzrə bu günədək ümumilikdə 339 məhkum, o cümlədən yetkinlik yaşına çatmayan, qadın, xəstə, ahıl məhkumlar əfv edilərək azadlığa buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR