Bank Of Baku

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə 28 May - Respublika Gününə həsr olunan tədbir keçirilib

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə 28 May - Respublika Gününə həsr olunan tədbir keçirilib
# 27 may 2011 14:40 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə 28 May - Respublika Gününə həsr olunan mədəni-kütləvi tədbir keçirilib. APA-nın məlumatına görə, Bakı İdman Sarayında keçirilən mərasimdə hərbçilər, hərbi məktəblərin müdavimləri, tələbələr və gənclər təşkilatlarının nümayəndələri iştirak edib. Tədbiri açan gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və zamanında hansı əhəmiyyət kəsb etməsi haqda danışıb. İ. Babayev Heydər Əliyevin müstəqilliyin bərpası, inkişafı və dövlətçiliyin formalaşmasındakı xidmətləri barədə də fikirlərini söyləyib.
Sonra tədbir incəsənət nümayəndələrinin çıxışları ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR