Bank Of Baku

İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzində 2-ci Fars Dili Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzində 2-ci Fars Dili Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
# 27 may 2011 14:44 (UTC +04:00)
Bakı. Əhməd Yusifzadə - APA. İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzində 2-ci Fars Dili Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim Nuri çıxışında bildirib ki, bu il keçirilən Olimpiadada 150 nəfər iştirak edib.

Yüksək nəticə göstərən 20 nəfər fars dili üzrə təcrübələrini artırmaq üçün İrana dəvət olunublar. Fərqlənən şəxslər qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Mərasimdə çıxış edən Olimpiadanın münsiflər heyətinin üzvü, professor Tofiq Cahangirov deyib ki, bu il ötən ilə nisbətən iştirakçıların sayı daha çox olub. T. Cahangirov iştirakçıların ildən ilə artmasını fars dilinə olan yüksək diqqətin nümunəsi kimi xarakterizə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR