O bildirib ki, təqdim olunmuş sənədlər BDU Elmi Şurasının 5 aprel 2011-ci il tarixli iclasının qərarını rəhbər tutaraq dekan və kafedra müdiri vəzifələrinə təyinolunmanın şəffaf və obyektiv aparılmasını təmin etmək məqsədilə yaradılmış komissiya tərəfindən araşdırılıb. 15 nəfərdən ibarət komissiyanın sədri akademik Vasim Məmmədəliyevdir.
Komissiya dekan vəzifəsinə iddiaçılar haqqında fakültənin tərkibində olan bütün kafedralarda iclaslar keçirib, onların rəyi nəzərə alınıb, Müsahibə Komissiyasının üzvləri ayrı-ayrılıqda hər bir namizədlə müsahibə aparıb, iddiaçılarla anket sorğusu keçirilib, onların idarəetmə sahəsində təcrübəsi, peşə hazırlığı, elmi-pedaqoji fəaliyyəti, kollektiv arasında nüfuzu, yüksək mənəvi keyfiyyətləri nəzərə alınıb.
Hər bir iddiaçı barədə araşdırmaların nəticələri sadə səs çoxluğu ilə qiymətləndirilib, onların həmin vəzifəyə təyin olunması haqqında rektorluq qarşısında vəsatət qaldırılıb və müvafiq təqdimat verilib.
Müsabiqəyə BDU-nun 17 fakültəsindən 15-i qatılıb. 7 fakültə üzrə namizədlərin yaş həddi 65-dən yuxarı olduğu üçün həmin fakültələr üzrə Təhsil Nazirliyinin razılığı ilə seçki müvəqqəti olaraq dayandırılıb.
Komissiyanın təqdimatı əsasında və rektorun müvafiq əmrinə əsasən 8 fakültəyə aşağıdakı namizədlər təyin edilib:
Fakültənin adı | Sənəd verənlərin sayı | Dekan |
Mexanika-riyaziyyat | 2 | İsgəndərov Nizaməddin Şirin oğlu |
Fizika | 3 | Məmmədov Rasim Qara oğlu |
Kimya | 4 | Əzizov Abdülsəyid Əbdülrəhman oğlu |
Ekologiya və torpaqşünaslıq |
| Şəmilov Nazim Telman oğlu |
Filologiya | 3 | Vəliyev Məhərrəm Tahir oğlu |
Hüquq | 8 | Əliyev Əmir İbrahim oğlu |
Beynəlxalq hüquq və beynəlxalq münasibətlər | 3 | Həsənalıyev Zeynal Mədət oğlu |
Sosial elmlər və psixologiya | 3 | Əlizadə Hikmət Əbdül |