Bank Of Baku

"Fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması" mövzusunda məşğələ keçirilib

"Fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması" mövzusunda məşğələ keçirilib
# 27 may 2011 14:58 (UTC +04:00)
Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması" mövzusunda məşğələ keçirib. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, məşğələ əhalinin, xüsusilə də tələbələrin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, təbii və texnogen xarakterli qəzalar zamanı davranış qaydaları barədə maarifləndirmə məqsədi ilə təşkil olunub.
Mülki müdafiə qoşunlarının əməkdaşları tərəfindən universitetin həyətində məşğələ iştirakçılarına fərdi mühafizə vasitələri və kəşfiyyat cihazları nümayiş etdirilib.
Nazirliyin Tibb Xidmətinin Mərkəzi Diaqnostik Poliklinikasının əməkdaşları və Təcili Təxirəsalınmaz Tibb Xidməti Stansiyasının briqadası tələbələrə ağır xəsarətlər, o cümlədən sınıqlar və qanaxmalar zamanı ilk tibbi yardımın həyata keçirilməsi yollarını öyrədiblər.
Məşğələdə, həmçinin, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə döyüş növbəsinin və Bakı Regional Mərkəzinin Xüsusi Xilasetmə dəstəsinin təqdimatları olub.
Məşğələ Dövlət Sularda Xilasetmə Xidmətinin kater, skuter, kvadrosikl, akvalanq və üzmə vasitələri, səsgücləndiricilər, generator, xilasetmə halqası və jiletlərinin nümayişi ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR