Bank Of Baku

Azərbaycanla İtaliya arasında mülki müdafiə sahəsində əməkdaşlıq, fövqəladə hallar zamanı yardım və qarşılıqlı fəaliyyət haqqında Memorandum imzalanıb

Azərbaycanla İtaliya arasında mülki müdafiə sahəsində əməkdaşlıq, fövqəladə hallar zamanı yardım və qarşılıqlı fəaliyyət haqqında Memorandum imzalanıb
# 27 may 2011 14:58 (UTC +04:00)
Bakı – APA. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada mayın 25-26-da rəsmi səfərdə olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, səfər zamanı İtaliya Nazirlər Şurası Sədrliyinin Mülki Müdafiə Departamentinin sədri Franko Gabriyelenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan FHN-in nümayəndə heyəti arasında geniş tərkibli görüş olub. Görüşdə ölkələrimiz arasında əlaqələrin perspektivlərindən danışılıb, hər iki ölkənin müvafiq dövlət qurumları arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Görüşdə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və İtaliya Respublikasının Nazirlər Şurası Sədrliyinin Mülki Müdafiə Departamenti arasında mülki müdafiə sahəsində əməkdaşlıq, fövqəladə hallar zamanı yardım və qarşılıqlı fəaliyyət haqqında Anlaşma Memorandumu” imzalanıb.

Səfər zamanı nazirliyin nümayəndə heyəti İtaliya Nazirlər Şurası Sədrliyinin Mülki Müdafiə Departamentinin, həmçinin, digər müvafiq qurumların fəaliyyəti ilə də tanış olub.

Səfər çərçivəsində fövqəladə hallar zamanı istifadə olunan avadanlıqların istehsalı ilə məşğul olan bir qrup şirkətlərin nümayəndələri ilə görüş keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR