Bank Of Baku

“Aləm-Ailəm” televiziya yarışmasının Qax, Zaqatala və Balakən rayonlarında seçim turu keçirilib

“Aləm-Ailəm” televiziya yarışmasının Qax, Zaqatala və Balakən rayonlarında seçim turu keçirilib
# 30 may 2011 08:47 (UTC +04:00)
Balakən. Qax. Vüqar Heydərov-APA. Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziyanın ortaq layihəsi olan “Aləm-Ailəm” televiziya yarışmasının Qax, Zaqatala və Balakən rayonlarında seçim turu keçirilib. APA-nın yerli bürosunun məlumatına görə, may ayının 27 və 28-də ölkənin şimal-qərb bölgəsində Təhsil Nazirliyi və İctimai Televiziya əməkdaşlarının iştirakı ilə təşkil edilən seçim turuna Qax rayonundan 12, Zaqataladan 9 və Balakəndən isə 15 ailə qatılıb. Seçim turunun əvvəlində iştirakçılara qaydalar barədə ətraflı məlumat verilib. Yarım saat ərzində 30 suala doğru cavab verən və ən yüksək bal toplayan ailə qalib kimi respublika yarışmasına vəsiqə əldə edəcək. Qax rayonunda seçim turuna qatılan 12 ailə sırasında Hacıyevlər, Zaqatalada 9 ailə sırasından Ağabəyovlar və Balakəndə 15 ailə sırasından Omarovlar ailəsi daha yüksək nəticə göstərərək respublika yarışmasına vəsiqə əldə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR