Bank Of Baku

Balakən rayonunun Katex kəndinə təbii qaz verilib

Balakən rayonunun Katex kəndinə təbii qaz verilib
# 30 may 2011 09:31 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Azərbaycanın Balakən rayonunun ən iri yaşayış məntəqəsinə ilk dəfə olaraq təbii qaz verilib. Balakən RİH-dən APA-nın yerli bürosuna verilən məlumata görə, regionların sosial-iqtisad inkişaf planına uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti(ARDNŞ) “AzəriQaz” İB-nın səyi nəticəsində rayonun ən iri yaşayış məntəqəsi və 7600 nəfər sakini olan Katex kəndinə ötən ildən başlayaraq təbii qaz xətlərinin çəkilişinə başlanılıb. Katex kəndini təbii qazla təmin etmək üçün 120 km uzunluğunda əsas və orta təzyiqli qaz xətləri çəkilib. Bu gün Katex kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbir keçirilib. Tədbirdə rayon rəhbərliyi, ARDNŞ “AzəriQaz” İB-nin və müvafiq təşkilat nümayəndələri və kənd sakinləri iştirak edib. Mərasimdə bildirilib ki, ümumilikdə 2400 abonenti olan Katex kəndinin tam şəkildə qazlaşdırılması üçün hazırlanmış layihənin ilkin mərhələsində 60 abonent təbii qazla təmin edilib. Yaxın iki ayda kənddə yaşayan digər abonentlardə təbii qazla təmin ediləcək. Mərasimdə o da qeyd edilib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq ilin sonuna kimi rayonun daha bir-sıra kəndlərinin də (Talalar, Qazma, Kortala, Qaravəlli, Hənifə və İtitala) təbii qazla təminatı başa çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR