Bank Of Baku

Dövlət müəssisələrində çalışanlar üçün nəzərdə tutulan 65 yaş həddi elmi tədqiqat müəssislərində işləyənlərə şamil olunmaya bilər

Dövlət müəssisələrində çalışanlar üçün nəzərdə tutulan 65 yaş həddi elmi tədqiqat müəssislərində işləyənlərə şamil olunmaya bilər
# 31 may 2011 08:57 (UTC +04:00)
APA-nın xəbərinə görə, iclasda Əmək Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı dövlət başçısı tərəfindən MM-ə daxil olan layihə müzakirə olunub. Layihə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyənləşdirilmiş dövlət büdcəsindən maliyyələşən elmi tədqiqi müəssisələrində çalışanların yaş həddi ilə bağlıdır.
Layihəyə əsasən dövlət müəssisələrində çalışanlar üçün nəzərdə tutulan maksimum 65 yaş həddi elmi tədqiqat müəssislərində çalışanlara şamil olunmayacaq. Müzakirələrdən sonra layihə təsdiqlənərək MM-in iclasına tövsiyə olunub.

Daha sonra “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirə edilib. Layihədə qeyd olunub ki, əmək kitabçasında müvafiq qeydiyyat aparılan, əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssislərində azı 25 il çalışmış, elmi dərəcəsi olan, lakin işləməyən əmək pensiyaçılarının əmək pensiyalarının baza hissəsinin üzərinə - elmlər doktoru elmi dərəcəsinə görə 200, fəlsəfə doktoru elmi dərəcəsində görə 120 manat məbləğində əlavə hesablanacaq. Komitə bu sənədi də müzakirələrdən sonra MM-in iclasına tövsiyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR