Bank Of Baku

Azərbaycanın mədəni irs sahəsində çalışan mütəxəssislərinə Avropa Şurasının ekspertləri tərəfindən təlim keçiriləcək

Azərbaycanın mədəni irs sahəsində çalışan mütəxəssislərinə Avropa Şurasının ekspertləri tərəfindən təlim keçiriləcək
# 31 may 2011 09:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İyunun 13-ü və 14-də Zaqatala rayonunda Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğunun ekspertləri tərəfindən Azərbaycanın 10 rayonundan olan, mədəni irs sahəsində çalışan mütəxəssislərə təlim keçiriləcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir Avropa Şurasının “Kiyev Təşəbbüsü Regional Proqramı” çərçivəsində həyata keçirilən “Tarixi şəhərlərdə mədəni irsin bərpası” layihəsinin ilkin mərhələsinin icra edilməsi məqsədi daşıyır. Təlimdə Azərbaycanın Bərdə, Qazax, Göygöl, Quba, Qax, Lənkəran, Ordubad, Şəki, Şəmkir və Zaqatala rayonlarından olan nümayəndələrinin, yerli icra hakimiyyəti orqanlarının humanitar məsələlər üzrə müavinlərinin, baş memarların, rayon mədəniyyət və turizm şöbə müdirlərinin iştirak edəcəyi planlaşdırılır.

Layihənin məqsədi milli, regional və yerli səlahiyyətli orqanlara kiçik tarixi şəhərlərin və onların ətraf mühitinin abidələr və ərazinin yenidənqurma və təkrar işlənməsi vasitəsilə canlandırılması və davamlı sosial və iqtisadi inkişafı üçün strateji inkişaf planının həyata keçirilməsi üçün köməyin göstərilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR