Bank Of Baku

Azərbaycanda işləməyən alimlərin pensiyaları artırılacaq

Azərbaycanda işləməyən alimlərin pensiyaları artırılacaq
# 31 may 2011 09:47 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

Layihədə qeyd olunub ki, əmək kitabçasında müvafiq qeydiyyat aparılan, əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssislərində azı 25 il çalışmış, elmi dərəcəsi olan, lakin işləməyən əmək pensiyaçılarının əmək pensiyalarının baza hissəsinin üzərinə - elmlər doktoru elmi dərəcəsinə görə 200, fəlsəfə doktoru elmi dərəcəsində görə 120 manat məbləğində əlavə hesablanacaq.

S.Müslümovun sözlərinə görə, hazırda dövlət büdcəsindən maliyyələşən elmi-tədqiqat müəssisələrində 4500 nəfər elmlər namizədi və 1460 elmlər doktoru çalışır: «Bunların hər birinin pensiya işlərinə şəxsi yanaşma olacaq. İkinci şərt odur ki, bu, işləməyənlərə şamil olunacaq».

S.Müslümov bildirib ki, bunun üçün 1 il ərzində 10 mln. manat əlavə vəsait tələb olunur.

DSMF sədri korrupsiya ilə mübarizə sahəsində böyük işlər görüldüyünü də vurğulayıb. Onun sözlərinə görə, DSMF-nin bütün şöbələri 4 aya yaxındır növbətçilik rejiminə keçib. İyulun 1-dən pensiyaların yenidən hesablanması ilə əlaqədar olaraq bu rejim daha da gücləndiriləcək.

S.Müslümov qeyd edib ki, bu il Suraxanı rayon şöbəsində aparılmış yoxlamaların materialları Respublika Prokurorluğuna göndərilib.

Yoxlamalar zamanı başqa yerlərdə də aşkarlanmış neqativ hallar barədə məlumatlar prokurorluq orqanlarına təqdim olunub.

Ən çox şikayətlər əsasən pensiyaların vaxtında ödənilməməsi və plastik kartların gec hazırlanması ilə bağlıdır. Hazırda plastik kartların bilavasitə banklar tərəfindən təqdim edilməsi ilə bağlı iş aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR