Bank Of Baku

Dövlət Komitəsi qanunvericiliyə valideyn məsuliyyətinin artırılması üzrə dəyişikliklər edilməsi üçün təkliflər hazırlayır

Dövlət Komitəsi qanunvericiliyə valideyn məsuliyyətinin artırılması üzrə dəyişikliklər edilməsi üçün təkliflər hazırlayır
# 31 may 2011 10:10 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Beynəlxalq Mətbuat Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Uşaqların Problemlərinin Araşdırılması İctimai Birliyi ilə birgə “Uşaq hüquqları - Valideyn məsuliyyəti” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AQUPDK sədrinin müavini Aynur Sofiyeva bildirib ki, komitə mütəmadi olaraq uşaq inkişafına mane olan problemləri araşdırır: “Bu araşdırmaların nəticələri göstərir ki, uşaq problemlərinin yaranmasına gətirib çıxaran səbəblərdən biri də valideyn məsuliyyətsizliyidir. Elə valideynlər var ki, uşaqların məsuliyyətini öz üzərinə götürmür. Bu da bir sıra problemlərə yol açır - uşaqlar uşaq evlərinə verilir, məişət zorakılıqlarına məruz qalırlar, təhsildən yayınırlar, erkən nikahlar baş verir”.
A. Sofiyevanın sözlərinə görə, komitə hazırda valideyn məsuliyyətinin artırılması üzrə müvafiq təkliflərin hazırlanması istiqamətində fəaliyyətə başlayıb. O, qeyd edib ki, bu problemin həlli üçün qanunvericilikdə dəyişikliklər ediləcək.
A. Sofiyeva onu da bildirib ki, bu kimi tədbirlər müxtəlif kateqoriyalı uşaqlarla işləyən qurum və təşkilatların bu mövzuda aparılan müzakirələrdə iştirak etməsini, fikir və təkliflərinin öyrənilməsi məqsədilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR