Bank Of Baku

Azərbaycan mütəxəssisləri Polşanın sərhəd idarəçiliyi sahəsində təcrübəsini öyrənmək üçün bu ölkəyə səfər edib

Azərbaycan mütəxəssisləri Polşanın sərhəd idarəçiliyi sahəsində təcrübəsini öyrənmək üçün bu ölkəyə səfər edib
# 31 may 2011 10:35 (UTC +04:00)
Bakı-APA. Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı ilə birgə uğurla icra olunmaqda olan “Cənubi Qafqaz Ölkələrində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək” proqramı çərçivəsində Azərbaycanın müvafiq qurumlarının yüksək rütbəli əməkdaşlarının müxtəlif ölkələrin sərhəd idarəçiliyi üzrə təcrübəsinin öyrənilməsi məqsədi ilə həmin ölkələrə mütəmadi tanışlıq səfərləri təşkil olunur. Bu istiqamətdə növbəti səfər 29 may – 4 iyun tarixlərində Polşaya təşkil edilib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Polşanın sərhəd idarəçiliyi sahəsində əldə etdiyi təcrübənin öyrənilməsi, habelə bu ölkədə fəaliyyət göstərən Aİ-nın sərhəd idarəçiliyini həyata keçirən qurumların fəaliyyəti ilə tanışlıq nəzərdə tutulub. Səfərin əsas məqsədi sərhəd idarəçiliyi sahəsində müasir təcrübəni öyrənmək və həmin təcrübənin Azərbaycanda mümkün tətbiqi variantlarının müəyyən edilməsidir. Səfər zamanı əldə olunmuş təcrübə və biliklər Azərbaycanda hazırlanan Sərhəd Məcəlləsinin təkmilləşdirilməsində, dövlət sərhəd siyasətinin formalaşmasında və həmin siyasət çərçivəsində inteqrə edilmiş sərhəd idarəçiliyi konsepsiyasının işlənilməsində mühüm rol oynayacaq. Səfərin maksimal səmərəsini təmin etmək məqsədi ilə nümayəndə heyəti müvafiq qurumların yüksək rütbəli və səlahiyyətli əməkdaşlarından formalaşıb. Nümayəndə heyətini proqramın rəhbəri Məzahir Əfəndiyev müşayiət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR