Bank Of Baku

Azərbaycan ərazisində havanın temperaturu yüksəlir

Azərbaycan ərazisində havanın temperaturu yüksəlir
# 31 may 2011 10:55 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Gecə 15-19 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.

İyunun 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam havanın tutqun olacağı proqnozlaşdırılır. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 15-19, gündüz 22-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 1-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacaq.

İyunun 2-də hava gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19, gündüz 22-27, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR