Bank Of Baku

Koreyalı gənclər Azərbaycana gəlirlər

Koreyalı gənclər Azərbaycana gəlirlər
# 31 may 2011 11:11 (UTC +04:00)
Bakı – APA. Koreyalı gənclər bu gün Azərbaycana gələcəklər. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 9-dək davam edəcək səfər çərçivəsində qonaqlar bir sıra maraqlı görüşlər keçirib, Azərbaycan tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Səfər proqramına Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət, Gənclər və İdman Nazirliyində nazir Azad Rəhimovla görüş, “İçərişəhər”, Müasir İncəsənət Muzeyi, Xalça Muzeyi, Şəki Xan Sarayı, Zaqatala Olimpiya İdman Kompleksi ilə yaxından tanışlıq və s. daxildir.

Qeyd edək ki, Azərbaycan prezidentinin 2007-ci il 21 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Gənclər və idman Nazirliyi və Koreya Respublikasının Milli Gənclər Komissiyası arasında gənclər sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən artıq dörd ildir, hər iki ölkənin gəncləri arasında bir sıra mübadilə proqramları həyata keçirilir. Bu səfər də həmin proqram əsasında reallaşır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR