Bank Of Baku

BDU-nun 7 fakültəsində dekan seçkiləri təxirə salınıb

BDU-nun 7 fakültəsində dekan seçkiləri təxirə salınıb
# 31 may 2011 11:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bakı Dövlət Universitetinin (BDU) 7 fakültəsində dekan seçkilərinin keçirilməsi təxirə salınıb. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov bildirib. Seçkilərin keçirilməsi nəzərdə tutulan 15 fakültədən 8-də prosesin baş tutduğunu deyən rektorun sözlərinə görə, 7 fakültədə yaş senzi ilə əlaqədar olaraq, seçkilər müvəqqəti olaraq dayandırılıb: «Müsabiqə elan olunub və müraciətlərə baxılıb. Məsləhətləşmələrdən sonra seçkilərin qısa müddətdə saxlanılması qərara alınıb. Yaş senzi ilə bağlı müvafiq qərar qəbul ediləndən sonra, iyun ayı ərzində bu məsələyə baxılacaq».

A.Məhərrəmov universitetin 7 prorektordan 5-nin dəyişdirildiyini qeyd edərək, BDU-da qiyabi təhsil üzrə prorektor yerinin ləğv olunduğunu açıqlayıb. Onun vəzifələrini rektorluq aparatının rəhbəri həyata keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR