Bank Of Baku

Dünyada ərzaq məhsullarının qiymətləri 2030-cu ildə iki dəfədən çox bahalaşa bilər

Dünyada ərzaq məhsullarının qiymətləri 2030-cu ildə iki dəfədən çox bahalaşa bilər
# 31 may 2011 12:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Əsas ərzaq məhsullarının qiymətləri 2030-cu ildə 2 dəfə bahalaşa bilər. «APA-Economics»in BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə «Oxfam» beynəlxalq xeyriyyə təşkilatının hazırladığı məruzədə bildirilib.

Məruzədə qeyd olunub ki, əgər bir çox ölkələrin başçıları müvafiq tədbirlər görməsə, yaxın 20 il ərzində dənli bitkilərin qiyməti 120-180% bahalaşacaq.

«Oxfam» qiymətlərin bahalaşacağının əsas səbəblərindən biri kimi qlobal iqlim dəyişikliyini misal gətirir. Təşkilat dünyanın lider ölkələrini ərzaq bazarlarında nəzarəti yaxşılaşdırmağa çağırır, həmçinin iqlimin dəyişməsi üzrə mübarizə ümumdünya fondunun yaradılmasını təklif edir.

Cari ilin aprel ayında ərzaq məhsullarının qiyməti ötən ilin analoji ayı ilə müqyaisədə 36% bahalaşıb. «Oxfam» qiymət artımını Yaxın Şərq və Şimali Afrikada yaşanan problemlərlə əlaqələndirir.

Eyni zamanda «Oxfam» lider ölkələrə ərzaq məhsullarının strateji ehtiyatlarını artırmağı, kiçik fermer təsərrüfatlarına investisiya yatırmağı və xammalın bazarlarda satışının şəffaflığının artırılmasını məsləhət görür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR