Bank Of Baku

Buzovnadaki 5 saylı Bakı Peşə Məktəbi sökülür

Buzovnadaki 5 saylı Bakı Peşə Məktəbi sökülür
# 31 may 2011 12:53 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Xəzər rayonu Buzovna qəsəbəsindəki 5 saylı Bakı Peşə Məktəbinin tədris binaları sökülür. Bunu APA-ya Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin baş məsləhətçisi Kamil Ağamalıyev deyib. O bildirib ki, Xəzər İnkişaf Fondunun bununla bağlı Təhsil Nazirliyinə ünvanlandığı məktuba müsbət cavab verilib.

Baş məsləhətçi qeyd edib ki, 5 saylı Bakı Peşə Məktəbinin tədris binalarının sökülməsi onların qəzalı vəziyyətdə olmaları ilə bağlıdır: “Hazırda tədris binası, laboratoriyalar sökülür. Orada olan şagird kontingenti və mühəndis pedaqoji kontingenti müvəqqəti olaraq 10 saylı Bakı Peşə Məktəbinə və 17 saylı Bakı Peşə Liseyinə köçürülür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR