Bank Of Baku

Kür çayında suyun səviyyəsi azalıb

Kür çayında suyun səviyyəsi azalıb
# 31 may 2011 13:05 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Böyük Qafqazın Şəki-Zaqatala bölgəsi çaylarında sululuq ongünlük normanın 65-100, Quba-Xaçmaz bölgəsi çaylarında 50-170, Lənkəran-Astara bölgəsi çaylarında 30-70, Kiçik Qafqaz çaylarında 80-90, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 620 kub metr /san, yəni ongünlük normanın 89 faizini, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 247 keb metr /san, yəni ongünlük normanın 124 faizini təşkil edir.

Kür çayının aşağı axınında - Surra məntəqəsində son 4 gün ərzində suyun səviyyəsi 83, Şirvanda 63, Bankədə 36, Salyanda 24, Araz çayının Novruzlu məntəqəsində isə 84 santimetr azalıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 699 santimetr, Şirvanda 589, Salyanda 556, Bankədə, Araz çayının Novruzlu məntəqəsində isə 408 təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR