Bank Of Baku

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin birinci ümumrespublika forumu keçirilib

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin birinci ümumrespublika forumu keçirilib
# 31 may 2011 13:07 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Beynəlxalq Tələbə Klubu Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, Gənclər Təşkilatları Milli Şurasının təşkilati dəstəyi ilə Azərbaycanda təhsil alan əcnəbi tələbələrin birinci ümumrespublika forumu keçirib. APA-nın xəbərinə görə, forum şuranın dəstək verdiyi “Azərbaycanda təhsil alan xarici tələbələrin birinci ümumrespublika forumu” adlı layihə çərçivəsində təşkil olunub.

Forumun əsas məqsədi Azərbaycandakı xarici tələbələrin davamlı birliyinə nail olmaq, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xarici tələbə potensialının düzgün istifadəsini təmin etməkdən ibarətdir. Tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Qağlıq Qarabağ münaqişəsinin Azərbaycanın birinci problemi olduğunu deyib: “Erməni işğalının hansı acı nəticələr verdiyi hər kəsə məlumdur. İstəyirəm ki, bu həqiqətlər sizin vasitənizlə obyektiv olaraq dünya ictimaiyyətinə də çatdırılsın. Rəsmi statistikaya əsasən Azərbaycanda otuz mindən çox erməni yaşayır. Lakin Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamır. Azərbaycan hər zaman konstruktiv mövqe nümayiş etdirir. Bu il Azərbaycan “Eurovision” mahnı müsabiqəsinin qalibi oldu. Bu da Azərbaycanın ən böyük mədəni uğurlarından biridir. Bu qələbə Azərbaycan mədəniyyətinin göstəricisidir”.

Tədbirdə çıxış edən digər şəxslər bu cür forumun davamlı olaraq keçirilməsinin vacibliyindən danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR