Bank Of Baku

Çimərliklərdən götürülmüş dəniz suyunun tərkibi araşdırılır

Çimərliklərdən götürülmüş dəniz suyunun tərkibi araşdırılır
# 31 may 2011 13:44 (UTC +04:00)
Bakı. Sevil Valehova – APA. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) çimərliklərdən götürülmüş dəniz suyunun analizlərlərinin aparılmasına başlayıb. Bu barədə APA-ya mərkəzin sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov məlumat verib. O bildirib ki, bu məqsədlə artıq Xəzər, Səbail, Qaradağ, Binəqədi və Sabunçu rayonlarının ərazisində yerləşən çimərliklərdən su nümunələri götürülüb. Su kimyəvi, bakterioloji və radioloji analizlərdən keçiriləcək: “Bizim üçün ən maraqlısı bakterioloji analizlərdir. Bu, çimərliklərdə bağırsaq çöplərinin olub-olmadığını müəyyənləşdirəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR