Bank Of Baku

“Azersun Holding” talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçirib - FOTO

“Azersun Holding” talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçirib - <font color=red>FOTO</font>
# 31 may 2011 14:00 (UTC +04:00)
Bakı - APA-Economics. “Azersun Holding” talassemiyalı körpələrə yardım məqsədilə növbəti qanvermə aksiyası keçirib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, aksiyaya “Azersun Holding”in tərkibində fəaliyyət göstərən müəssisələrin əməkdaşları qatılıb.
Aksiyada ilk olaraq holdinqin İdarə Heyətinin sədri Abdolbari Goozal qan verib. O, aksiyanın əhəmiyyətindən danışaraq, bu tədbirin artıq ənənəyə çevrildiyini vurğulayıb.

Qanvermə zamanı qanverən şəxslərə tibbi xidmət göstərilib və donor qanları Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankına təhvil verilib. Aksiya holdinqin regionlarda fəaliyyət göstərən müəssisələrində də təşkil olunacaq.
Qeyd edək ki, “Azersun Holding” artıq 5 ildir belə bir aksiya keçirir. Bu günə qədər holdinq əməkdaşları tərəfindən 1000 litrdən artıq qan Mərkəzi Qan Bankına hədiyyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR