Bank Of Baku

Kuba inqilabının liderinin oğlu Fidel Kastro Dias-Balart Bakı Dövlət Universitetində olub - FOTO

Kuba inqilabının liderinin oğlu Fidel Kastro Dias-Balart Bakı Dövlət Universitetində olub - <font color=red>FOTO</font>
# 31 may 2011 14:57 (UTC +04:00)
Bakı-APA. Kuba inqilabının lideri Fidel Kastronun oğlu, Kuba Dövlət Şurasının elmə işlər üzrə məsləhətçisi, fizika-riyaziyyat elmləri doktoru Fidel Kastro Dias-Balart Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovla görüşüb. BDU-nun mətuat xidmətindən APA-ya verilən məlumata görə, o qeyd edib ki, təmsil etdiyi ölkə təbiət elmləri, xüsusilə bu elmlər üzrə magistrant və doktorantların hazırlanması sahəsində əməkdaşlıqda daha çox maraqlıdır.
Akademik Abel Məhərrəmov Azərbaycan xalqının Kubaya rəğbət bəslədiyini qeyd edərək, BDU-nun Kuba ilə elm və təhsil sahəsində əməkdaşlığa məmnuniyyətlə hazır olduğunu, bu sahədəki əməkdaşlığın əsasının hələ sovet vaxtından qoyulduğunu bildirib. Azərbaycan və Kubada eyni elmi məktəbin olmasına diqqət yetirən rektor, bu əməkdaşlığın səmərəli olacağına inandığını bildirib.
Kubadan gələn qonaqlar Bakı Dövlət Universitetinin nanotexnologiyalar üzrə nailiyyətlərinə xüsusi diqqət yetiriblər. Fidel Kastro Dias-Balartın sözlərinə görə, Kuba nanotexnologiyaların öyrənilməsi sahəsində dünya tendensiyalarından kənarda qalmaq istəmir. Kubadan gələn heyət BDU-nun Nano Araşdırmalar Mərkəzi və müxtəlif kafedraların, elmi-tədqiqat laboratoriyalarında olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR