Bank Of Baku

İndiyə qədər 113 min 550 abituriyentdən 109 min 400-ü ərizəsini təsdiqlədib

İndiyə qədər 113 min 550 abituriyentdən 109 min 400-ü ərizəsini təsdiqlədib
# 31 may 2011 16:02 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Azərbaycanda 2011-2012-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə sənəd qəbulu bu gün saat 17.00-da başa çatıb. Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, bu gün saat 17.00-dək qəbul imtahanlarında iştirak etmək üçün internetlə “Elektron ərizə” dolduran 113 min 550 abituriyentdən 109 min 400 nəfəri ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiqlətdirib.

Qeyd edək ki, abituriyentlərin ərizələrinin Sənəd Qəbulu Komissiyasında təsdiqlətmələri üçün vaxt bir gün uzadılıb. Bu gün saat 17.00-dək sənəd verən abituriyentlər iyunun 1-i saat 17.00-dək ərizələrini Sənəd Qəbulu Komissiyasında təsdiqlətdirə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR