Bank Of Baku

Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Latviyada rəsmi səfərdə olub

Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Latviyada rəsmi səfərdə olub
# 31 may 2011 16:09 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, səfər zamanı Latviyanın daxili işlər naziri, xanım L. Murniesenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan FHN-in nümayəndə heyəti arasında geniş tərkibli görüş olub.

Görüşdə iki ölkənin müvafiq qurumları arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin, 17 yanvar 2011-ci il tarixində Riqa şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş"in müddəalarının yerinə yetirilməsi istiqamətində də müzakirələr aparılıb.

Səfər çərçivəsində Latviya prezidenti Valdis Zatlers K. Heydərovu qəbul edib. Görüşdə ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi qeyd edilib, mövcud potensialdan səmərəli istifadənin vacibliyi vurğulanıb.

Bundan başqa, səfər zamanı Latviyanın baş naziri Valdis Dombrovskis də K. Heydərovu qəbul edib. Görüşdə Azərbaycan və Latviyanın müvafiq dövlət qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR