Bank Of Baku

® “Mothercare” 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə endirim kampaniyası keçirir

<font color=red>® </font>“Mothercare” 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə endirim kampaniyası keçirir
# 01 iyun 2011 07:45 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün məşhur Britaniya brendi “Mothercare” 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününü Bakıda xüsusi aksiya ilə qeyd edir.

APA-Economics”in xəbərinə görə, uşaq bayramında ana və uşaqlara daha böyük sevinc bəxş etmək məqsədilə iyunun 1-də “Mothercare” mağazalarında bütün mallara 20% endirim təklif olunur.

Bu il fəaliyyətinin 50 ili tamam olan “Mothercare” öz yüksək keyfiyyəti ilə bütün dünyada, o cümlədən Azərbaycanda anaların böyük etimadını qazanıb. Ana və uşaqlar üçün hər şey təklif edən “Mothercare” uşaq mallarının istehsalında hər zaman innovativ yeniliklər və təhlükəsiz materiallardan istifadə edir. “Mothercare”-ni fərqləndirən bu üstünlüklər brendin konsepsiyasının əsasını təşkil edir. “Mothercare”nin hər kolleksiyasında keyfiyyət və təhlükəsizlik optimal düşünülmüş dizayn və rahatlıqla birləşir. Bununla da “Mothercare” daim körpələri böyük qayğı və sevgi ilə əhatə edir, onların müdafiəsində dayanaraq sağlam böyümələrini təmin edir. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə xüsusi aksiya keçirməklə “Mothercare” bir daha bütün anaların körpələrə qayğı göstərməsinə kömək etmək niyyətindədir.

Qeyd edək ki, “Mothercare” brendi 1961-ci ildə Böyük Britaniyada təsis edilib. Brend analar və uşaqlar üçün lazım ola biləcək hər şeyi bir yerdə təklif etmək ideyasından yaranıb. Dünyanın 52 ölkəsində 1000-ə yaxın mağaza ilə “Mothercare” artıq Azərbaycanda 5 böyük mağaza ilə vətəndaşların xidmətindədir.

“Mothercare” - bütün dünyada analar etibar edir!
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR