Bank Of Baku

Bakıdakı 5 saylı Peşə Məktəbinin bazasında yeni peşə məktəbi kompleksi tikiləcək

Bakıdakı 5 saylı Peşə Məktəbinin bazasında yeni peşə məktəbi kompleksi tikiləcək
# 01 iyun 2011 08:37 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Xəzər rayonunun Buzovna qəsəbəsində hazırda sökülməkdə olan 5 saylı Bakı Peşə Məktəbinin bazasında yeni peşə məktəbi kompleksi tikiləcək. Bu haqda APA-ya Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin baş məsləhətçisi Kamil Ağamalıyev məlumat verib. K. Ağamalıyevin sözlərinə görə, hazırda peşə məktəbində tornaçı, avtomat təmiri üzrə çilingər, elektrik qaz qaynaqçısı, tikişçi, tikiş avadanlıqlarının operatoru, modelçi dərzi, qadın bərbəri, manikürçü, əməliyyatçı, mühasib ixtisasları üzrə 200-dək şagird təhsil alır. Kompleksin tikintisi başa çatanadək onlar təhsillərini 10 saylı Bakı Peşə məktəbində və 17 saylı Bakı Peşə Liseyində davam etdirəcəklər.

K. Ağamalıyev bildirib ki, Xəzər İnkişaf Fondu tərəfindən inşa ediləcək kompleksdə həmin zonanın sosial iqtisadi tələbatına əsasən kadrlar yetişdiriləcək: “Yəni peşə məktəbində ixtisasların seçimində həmin ərazidə tikiləcək fabrik və zavodların sifarişləri nəzərə alınacaq. Onların ehtiyacı olan ixtisaslar üzrə kadrlar hazırlanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR