Bank Of Baku

DSMF-nin mərkəzləşdirilmiş arxivindəki və avtomatlaşdırılmış bazasındakı pensiya göstəriciləri tutuşdurulur

DSMF-nin mərkəzləşdirilmiş arxivindəki və avtomatlaşdırılmış bazasındakı pensiya göstəriciləri tutuşdurulur
# 01 iyun 2011 09:36 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mərkəzləşdirilmiş arxivindəki və avtomatlaşdırılmış bazasındakı pensiya göstəriciləri tutuşdurulacaq. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında DSMF sədri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, DSMF-də mövcud avtomatlaşdırılmış pensiyaçıların bazasında hər bir pensiyaçı üzrə məlumatların olmasına rəğmən, 2006-cı ilə qədər olan dövrü üzrə staj əsasında hesablamaya keçildiyi və hər bir pensiyaçının 2006-cı ilə qədər olan pensiya kapitalının məbləği stajın illərindən asılı olduğu üçün bu prosesə fərdi qaydada baxmağa ehtiyac var.

“Göstəricilərdə fərqlər ortaya çıxarsa, bu, aradan qaldırılacaq. Hazırda bu proses gedir. DSMF-nin mərkəzi binasında 50 nəfərlik heyət çalışır. Artıq demək olar ki, Bakının rayonlarını və Abşeronu yekunlaşdırmışıq, Sumqayıt şəhəri pensiyaçılarının məlumatlarının dəqiqləşdirilməsi prosesi gedir. Sonra isə ölkənin digər rayonlarında yaşayan pensiyaçılarımız üzrə staj məlumatlarının dəqiqləşdirilməsi prosesi həyata keçiriləcək” - deyə S.Müslümov qeyd edib.

DSMF sədri prosesin bu ilin iyul ayının sonunadək yekunlaşdırılacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR