Bank Of Baku

Riyaziyyatdan test yoxlamalarının nəticələri açıqlanıb

Riyaziyyatdan test yoxlamalarının nəticələri açıqlanıb
# 01 iyun 2011 10:15 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Aprelin 27 – də Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən paytaxtın IV və V siniflərində riyaziyyat fənnindən aparılan test yoxlamasının nəticələri açıqlanıb. Bu haqda APA-ya BŞTİ-nin ümumtəhsil sektorunun müdiri Firudin Həmzəyev məlumat verib. F. Həmzəyev bildirib ki, test yoxlamaları 308 məktəbdə aparılıb. 2010-cu ildə aparılan yoxlamaların nəticələri ilə müqayisədə bu ilki nəticələr daha müsbət olub: “Ötən il də IV və V siniflərdə teşt yoxlamaları aparılmışdı. Yoxlamaların nəticələrinin müqayisəsi göstərir ki, bir ildə şagirdlər arasında müəyyən qədər irəliləyişlər olub, keyfiyyət faizi 1,1 faiz yaxşılaşıb. Bu da bir il ərzində məktəblərdə verilən tapşırıqların icrası ilə əlaqədardır. Şagirdlərdə məsuliyyət artıb”.

Test yoxlamasının nəticələri BŞTİ-dəki optik cihaz vasitəsilə yoxlanılaraq müəyyənləşib və məktəblərə təqdim edilib. Nəticələr BŞTİ-nin Təhsil Şurasının iclasında müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR