Bank Of Baku

Azərbaycanda vətəndaşların yodlu duzdan istifadə səviyyəsi 85%-ə çatıb

Azərbaycanda vətəndaşların yodlu duzdan istifadə səviyyəsi 85%-ə çatıb
# 01 iyun 2011 11:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda 2002-ci ildən indiyədək vətəndaşların yodlu duzdan istifadə səviyyəsi 10 faiz bəndi artaraq 85%-ə çatıb. «APA-Economics»in məlumatına görə, bunu Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qurumun saxta duzlarla bağlı bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yodsuz duzlardan istifadə zamanı insanlarda zob xəstəliyi, dişlərin tökülməsi və digər xəstəliklər yaranır.

«Hələ 2001-ci ildə qəbul olunmuş «Yod çatışmazlığı xəstəliklərin kütləvi praktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında» qanunun müvafiq maddəsində ölkədə yodsuz duzun hətta heyvanlara verilməsi məqsədi ilə satışı, idxalı qadağan olsa da bu gün yodlaşdırılmayan, təmizlənməyən, ekzotik qablarla qablaşdırılmış duzların satışı davam edir. Bakı və regionlarda əfsuslar olsun ki, çörək bişirmə və pendir hazırlanan sexlərdə əksər hallarda yodsuz və təmizlənməyən duzlardan istifadə olunur. Bu qeyri-qanuni fəaliyyət səhiyyə işçilərinin, bələdiyyələrin və digər dövlət orqanlarının gözü qarşısında baş verir. Bu cür fəaliyyətə son qoyulmalı, Salyanda, Neftçalada və Masazırda yerləşən duz göllərindən təhlükəli duzun toplanıb bazara çıxarılmasının qarşısı alınmalıdır» - deyə E.Hüseynov qeyd edib.

O bildirib ki, qeyd olunan halların qarşısını almaqdan ötrü AİB bu gündən etibarən ölkənin əmtəə bazarında duz seqmentində monitorinqlərə başlayıb və bütün hökumət qurumlarını, bələdiyyələri və biznes qurumlarını bu işə dəstək olmağa çağırır.

E.Hüseynov monitorinqin nəticələrinin bu ilin iyun aynın sonunda açıqlanacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR