Bank Of Baku

Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsi və Respublika Elmi-Praktik Hemofiliya Mərkəzi təmirdən sonra istifadəyə verilib

Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsi və Respublika Elmi-Praktik Hemofiliya Mərkəzi təmirdən sonra istifadəyə verilib
# 01 iyun 2011 11:41 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Respublika Klinik Xəstəxanasında Oftalmologiya şöbəsinin, Respublika Elmi-Praktik Hemofiliya Mərkəzinin əsaslı təmirdən sonra açılışı olub. Bu haqda APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Müasir tibbi avadanlıqlarla təchiz olunmuş 30 çarpayılıq Oftalmologiya şöbəsi müxtəlif göz xəstəliklərinin müayinəsi ilə yanaşı bütün növ göz əməliyyatlarının keçirilməsinə də imkan verəcək. 40 çarpayılıq Hemofiliya şöbəsində isə ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş qanköçürmə, əməliyyat və sarğı otaqları habelə xüsusi laboratoriya fəaliyyət göstərir. Şöbənin bazasında Respublika Hematologiya Mərkəzi və Əziz Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun Hematologiya və Transfuziologiya kafedrası yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR