Bank Of Baku

Şəkidə e.ə IV-III əsrlərə aid qədim qəbirlər aşkar olunub

Şəkidə e.ə IV-III əsrlərə aid qədim qəbirlər aşkar olunub
# 01 iyun 2011 11:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Şəki rayonunun Sarıca kəndində e.ə IV-III əsrlərə aid qədim qəbirlər aşkar olunub. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz arxeoloji ekspedisiyasının rəhbəri Nəsib Muxtarov məlumat verib.

N. Muxtarov bildirib ki, Sarıca kəndinin məcburi köçkünlər yaşayan hissəsində yol çəkilişi ilə əlaqədar çınqıl daşınan zaman qab-qacaq qırıntıları aşkarlanıb. Dərhal əraziyə arxeoloqlar gələrək qazıntı aparmağa başlayıblar və nəticədə iki qəbir tapılıb: “Bu ərazi Əlciyan çayının sol sahilində, sıldırımlı bir yerdədir. Ehtimal olunur ki, bura təkcə nekropol yox, həm də yaşayış məskəni olub. Ərazisi 1 hektara yaxındır. Həm yerüstü, həm də qəbirlərdən tapılan maddi-mədəniyyət nümunələri antik dövr Yalovlu təpə mədəniyyətinin burada daha geniş yayıldığını göstərir. Tapılan qablar süfrə və mətbəx qablarından ibarətdir. Bu, həm də ərazidə zəngin kulinariyanın və dulusçuluğun olduğunu göstərir. Yerüstü materiallar isə e.ə V-VI əsrlərə və bizim eranın I-III əsrlərinə aiddir. Bütün bunlar ərazidə fasiləsiz 500-600 il yaşayış olduğunu göstərir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR