Bank Of Baku

Uşaqların Beynəlxalq müdafiə günü ilə bağlı “Zirvə” adı altında xeyriyyə tədbiri keçirilir – FOTO

Uşaqların Beynəlxalq müdafiə günü ilə bağlı “Zirvə” adı altında xeyriyyə tədbiri  keçirilir – <font color=red>FOTO </font>
# 01 iyun 2011 11:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü ilə bağlı “ENES.F” prodakşnı “Zirvə” adlı böyük layihəyə imza atıb. APA-nın məlumatına görə, “ENES.F” həyata keçirdiyi layihə ilə bağlı mətbuat konfransı keçirilib. Konfransda prodakşnın rəhbəri Sevinc Səfərova bildirib ki, Uşaqların Beynəlxalq Müdafiə Günü ilə bağlı keçirilən "Zirvə" adlı konsert proqramından əldə olunan gəlir Xəzər rayonunda yerləşən, əqli cəhətdən qüsurlu uşaqların 3 saylı İnternatına təqdim olunacaq. Tədbirdə qeyd olunub ki, onlar konsertə qədər adıçəkilən təhsil ocağında olub və uşaqlarla görüşüblər, problemlərlə maraqlanıblar. İnternatın sakinləri Sevinc Səfərovadan müasir texniki avadanlıqlar, musiqi mərkəzi və digər texniki avadanlıqlar gətirməyi xahiş ediblər. Bu gün keçiriləcək "Zirvə" adlı konsertdə Azərbaycanın tanınmış sənətçiləri - xalq artisti Flora Kərimova, əməkdar artistlər Mətanət İsgəndərli, Nüşabə Ələsgərli, müğənnilərdən Elnur, Ayaz Qasımov və digərləri çıxış edəcəklər. Konsertin aparıcılığını Azərbaycanın xalq artisti Firəngiz Mütəllibova edəcək.
Prodakşnın prodüseri Hamlet Cahangirov isə deyib ki, bu layihənin həyata keçirilməsi üçün bir çox müğənnilərə müraciət olunsa da, bəzi tanınmış sənətçilər uşaqların beynəlxalq müdafiə günündə keçirilən xeyriyyə tədbirində çıxış etmək üçün qonorar tələb ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR