Bank Of Baku

“Fövqəladə hallar uşaqların gözü ilə” I ümumrespublika yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib - FOTO

“Fövqəladə hallar uşaqların gözü ilə” I ümumrespublika yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 01 iyun 2011 13:13 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov müsabiqəni yüksək qiymətləndirib və bu cür layihələrlə uşaqlarda istedadların aşkarlandığını qeyd edib.

Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə qeyd edib ki, müsabiqənin keçirilməzində əsas məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətin diqqətinin fövqəladə hal probleminə cəlb edilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılmasıdır: “İnsan uşaqlıqdan artıq fövqəladə hallara hazır olmalı və bu cür hadisələrdə özünü necə idarə etməyi öyrənməlidir. Eyni zamanda kiməsə yardım etməyi də bacarmalıdır. Bu çox vacib bir məsələdir. Əslində bu layihənin müsbət qarşılanacağını bilirdik, ancaq bu cür yüksək səviyyədə baş tutması bizi daha çox sevindirdi”.

Orta məktəblərdə şagirdlərin fövqəladə hallarda təhlükəsizliyin qorunması və təlimatlandırılmasına gəlincə nazir müavini qeyd edib ki, bunun üçün FHN-in Təhsil Nazirliyi ilə fəaliyyət planı təsdiq olunub: “Bu fəaliyyət planına əsasən məktəblərdə mərhələ-mərhələ, yəni hər yaş qrupları üzrə müvafiq dərslər keçirilir. Burada insanların özlərinin bu cür hallardan necə qoruması və hansı addımlar atması barədə də danışılır. Dünyanın inkişaf etmiş bütün ölkələrində bu məsələyə çox ciddi önəm verilir. Biz bu məsələ ilə bağlı Maarifləndirmə İdarəsi ilə birgə də layihələr həyata keçirməyi nəzərdə tuturuq”. F. Tağızadə bu cür hallarla mübarizə yollarının öyrənilməsi üçün bağçalarda oyuncaqlar, orta məktəblərdə yuxarı sinif şagirdləri üçün isə kompyuter vasitəsi ilə müvafiq metodlardan istifadə olunmasını lazım bilib.

Çıxışlardan sonra “Fövqəladə hallar uşaqların gözü ilə” I ümumrespublika yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılması baş tutub. Müsabiqədə “Rəsm” nominasiyası üzrə I yerə Əfqan Şabanov, Samir Məmmədli, Fərrux Qocayev, “Plakat” nominasiyası üzrə I yerə Bənövşə Axundova, Ceyhun Qədirov layiq görülüb. Hər nominasiya üzrə I, II və III yerlər müəyyənləşdirilib. Eyni zamanda müsabiqə iştirakçılarına həvəsləndirici mükafatlar da təqdim edilib. Təltif etmə mərasimindən sonra qonaqların iştirakı ilə eyniadlı sərginin açılışı baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR