Bank Of Baku

Son 5 ildə Azərbaycanda pensiyaların orta aylıq məbləği 4 dəfə artıb - FOTOSESSİYA

Son 5 ildə Azərbaycanda pensiyaların orta aylıq məbləği 4 dəfə artıb - <font color=red>FOTOSESSİYA</font>
# 01 iyun 2011 13:22 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Son 5 ildə Azərbaycan prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 5 sərəncam verilib. «APA-Economics»in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri (DSMF) Səlim Müslümov Yeni Azərbaycan Partiyası (YAP) və DSMF-nin birgə təşkilatçılığı ilə “Pensiya təminatında vahid prinsipin tətbiqi islahatların yeni mərhələsidir” mövzusunda dəyirmi masada bildirib.

Onun sözlərinə görə, prezident tərəfindən verilən sərəncamlar nəticəsində yeni sistem fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artıb.

DSMF sədri qeyd edib ki, hazırda ölkə üzrə pensiyanın orta aylıq məbləği 115 manat təşkil edir. O cümlədən 01.01.2006-cı ilədək pensiyaya çıxanlar üzrə bu göstərici 102 manat, 01.01.2006-cı ildən 01.01.2010-cu ilədək pensiyaya çıxanlar üzrə 122 manat, 01.01.2010-cu ildən sonra pensiyaya çıxanlar üzrə 150 manatdır.

Aparılan islahatlara uyğun olaraq yeni pensiya təyinatında tətbiq olunan qaydalar əsasında 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqlarının yenidən hesablanması nəzərdə tutulur. Belə ki, 2006-cı ilin 1 yanvarınadək olan iş stajının hər ili üçün 170 manat pensiya kapitalı verilir. Sonra həmin kapital qanunvericiliklə müəyyən olunmuş gözlənilən pensiya ödənişi müddətinə, yəni 144 aya bölünür, alınan məbləğə 2006-2010-cu illərin inflyasiya faizi tətbiq edilməklə hər il üçün 1,94 manat pensiyanın sığorta hissəsi təyin olunur: “Hesablamalarımıza əsasən, 845 min nəfərin pensiyası orta hesabla 40% artacaq və bu tədbirin illik maliyyə yükü 390 mln. manat, 2011-ci ilin 6 ayında isə 195 mln. manat təşkil edəcək. Hazırkı anlamda minimum pensiya alma halı aradan qaldırılacaq”.

Qeyd edək ki, dəyirmi masada YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov, MM-in Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və AMEA İqtisadiyyat İnstitutunun elmi katibi Rəsmiyyə Abdullayeva çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR