Bank Of Baku

Nazir müavini: “Məktəblərdə bədən tərbiyəsi dərslərinə diqqət daha da artırılmalıdır”

Nazir müavini: “Məktəblərdə bədən tərbiyəsi dərslərinə diqqət daha da artırılmalıdır”
# 01 iyun 2011 13:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Bu gün orta məktəblərdə bədən tərbiyəsi dərslərinə diqqət daha da artırılmalıdır. Çünki yeni nəslin – gənclərimizin sağlam olması ən vacib və önəmli məsələlərdən biridir”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov verib. İ. İsmayılov deyib ki, orta məktəblərdə idman dərslərinin keçirilməsinə cavabdeh olan qurum Təhsil Nazirliyidir: “Amma idman dərslərini keçən müəllimlər İdman Akademiyasının mütəxəssisləridir. Təbii ki, bu dərsləri keçən müəllimlər və onların hazırlıq səviyyəsi müxtəlifdir. Bu baxımdan dərslərin keçirilməsinin səviyyəsi fərdi olaraq müəllimlərin özlərindən asılıdır. Onu da xüsusi qeyd etmək lazımdır ki, bu gün ölkədə müasir beynəlxalq tələblərə cavab verən məktəblər inşa və təmir edilib. Bu orta məktəblərin də idman zalları standartlara uyğundur. İdman dərslərinin keyfiyyətinin artırılmasına təkan verir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR